Rusiyada məktəb direktoru hicablı şagirdi dərsə buraxmadı - VİDEO
2-09-2022, 17:56
6 942

Rusiyada məktəb direktoru hicablı şagirdi dərsə buraxmadı - VİDEO

Rusiyanın Tümen şəhərində məktəb direktoru hicablı şagirdi dərsə buraxmayıb. 
Rusiya mətbuatı xəbər verir ki, bu barədə qızın atası İbrahim Davudov bildirib. 
"Böyük qızım içəri girdi, amma tezliklə göz yaşları içində bayıra çıxdı. O, hicaba görə içəri buraxılmadığını bildirib. Direktor girişdə idi. O dedi ki, onların dünyəvi məktəbi var və qızı hicabla dərsə buraxmayacaq. O, bunun nizamnamə ilə qadağan edildiyini söylədi", - deyə qızın atası bildirib. 
Uşaqların atasının dediyinə görə, qızlar da sentyabrın 1-də məktəbin ilk günü hicablı olublar, amma heç kim onlara heç nə deməyib. Eyni zamanda onun digər qızını da məktəbə buraxıblar.

Oxşar xəbərlər