İstanbuldan Ukraynaya gedən gəmidə nasazlıq yarandı
3-09-2022, 10:49
17 837

İstanbuldan Ukraynaya gedən gəmidə nasazlıq yarandı

İstanbuldan Ukraynaya doğru hərəkət edən "BRIZA”a adlı yük gəmisində nasazlıq yaranıb.

"TRT Haber”ə istinadən xəbər verir ki, nəticədə Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb. 

Bunun ardınca 107 metr uzunluğa malik gəmiyə yardımın göstərilməsi üçün hadisə yerinə gəmilər göndərilib.

"BRIZA”da yaranan problem aradan qaldırıldıqdan sonra Bosfor boğazında gəmilərin fəaliyyəti bərpa olunub.

Oxşar xəbərlər