Ermənistanda generala cinayət işi açıldı
3-09-2022, 12:01
18 079

Ermənistanda generala cinayət işi açıldı

Ermənistanda general-leytenant Calal Harutyunyana qarşı cinayət işi qaldırılıb.
Erməni KİV xəbər verir ki, onun xidməti vəzifəsinə səhlənkar münasibət göstərdiyi və bunun ağır nəticələrə gətirib çıxardığı bildirilir.
Aparılan cinayət işi çərçivəsində aparılan genişmiqyaslı istintaq-əməliyyat və inzibati tədbirlər nəticəsində müəyyən edilib ki, hərbi rəhbər, general-leytenant rütbəsində olan Calal Harutyunyan elan edilmiş hərbi vəziyyət dövründə xidməti vəzifələrinə səhlənkar münasibət göstərib, onları lazımınca yerinə yetirməyib.

Oxşar xəbərlər