Krım əhalisinə müraciət: “Müharibəyə hazır olun“
5-09-2022, 17:10
7 784

Krım əhalisinə müraciət: “Müharibəyə hazır olun“

Ukrayna Prezident Ofisi Krım yarımadasının əhalisinə müraciət edib.
Bu barədə qurum rəhbərinin müşaviri Mixaylo Podolyak öz "Tvitter" səhifəsində yazıb.
O bildirib ki, Krım sakinləri yarımadanın işğaldan azad olunmasına hazır olmalıdır: “Biz işğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının əhalisinin işğaldan azad olunma zamanı rəsmi orqanların tövsiyələrinə əməl etmələrini xahiş edirik. İndidən sığınacaq, yetərincə su ehtiyatını təmin etmək lazımdır”.

Oxşar xəbərlər