Putin beynəlxalq forumda Paşinyanla görüşəcək
5-09-2022, 17:40
7 691

Putin beynəlxalq forumda Paşinyanla görüşəcək

Vladimir Putin Şərq İqtisadi Forumu (ŞTF) çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ nizamlanması məsələsini müzakirə edəcək.
TASS xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O deyib: “Dağlıq Qarabağ nizamlanması mövzusunun müzakirəsi gözlənilir. Rusiya liderlər arasında üçtərəfli sazişlər əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hərtərəfli yardımını davam etdirir. Rusiya sülhməramlı kontingenti regionda təhlükəsizliyi təmin edir”, - deyə Uşakov vurğulayıb.
O əlavə edib ki, tərəflər Rusiya-Ermənistan münasibətlərinin əsas aspektlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini də müzakirə edəcəklər: “Enerji sektorunda qarşılıqlı əlaqələr inkişaf edir. Rusiyadan qaz tədarükü - 2,4 milyard kubmetrdən çoxdur (bu ilin yanvar-iyun aylarında 1,41 mlrd. kubmetr).

Oxşar xəbərlər