Rusiyalı jurnalistə Vətənə xəyanət ittihamı - 22 il həbs
5-09-2022, 18:55
7 687

Rusiyalı jurnalistə Vətənə xəyanət ittihamı - 22 il həbs

Moskva Şəhər Məhkəməsi jurnalist İvan Safronovu dövlətə xəyanətdə ittiham edərək 22 il sərt rejimli koloniyaya məhkum edib.
"Interfax" xəbər verir ki, hökm bu gün elan edilib. Safronov, həmçinin 500 min rubl cərimə olunub.
Vəkili Daniil Nikiforovun sözlərinə görə, hökmdən bu bazar ertəsi apellyasiya şikayəti verilə bilər.
Safronovun işinin materialları məxfi olduğundan və onun barəsində məhkəmə qapalı keçirildiyindən məhkəmə hökmün yalnız giriş və qərar hissələrini elan edib.

Oxşar xəbərlər