5 saat avtobusda qalan 3 yaşlı uşaq ÖLDÜ - FOTO
6-09-2022, 13:29
1 804

5 saat avtobusda qalan 3 yaşlı uşaq ÖLDÜ - FOTO

Yaponiyada 5 saata yaxın uşaq bağçasına məxsus avtobusda unudulan 3 yaşlı qız istidən dünyasını dəyişib.
Hadisə  Makinohara şəhərində qeydə alınıb. Belə ki, 6 şagird və müdirin olduğu avtobusda azyaşlı yaddan çıxıb.
Təqribən 5 saat sonra avtobusa qayıdan şagirdlər 3 yaşlı qızı avtomobildə huşsuz vəziyyətdə tapıblar. Yüksək hərarət əlamətləri ilə xəstəxanaya çatdırılan qızı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. 
3 yaşlı qızın istidən öldüyü bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır. 

Yaponiyanı silkələyən hadisə: Məktəb avtobusunda 5 saat unudulan uşaq öldü

Oxşar xəbərlər