Rusiyanı tərk edənlərin sayı iki dəfə artıb
6-09-2022, 22:53
8 871

Rusiyanı tərk edənlərin sayı iki dəfə artıb

Bu ilin əvvəlindən 419 min nəfər Rusiyanı tərk edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Bu barədə "RBC Rosstat" məlumat yayıb.
Bildirilir ki, 2022-ci ilin əvvəlində Rusiyadan MDB ölkələrinə 368 min nəfər gedib (eyni zamanda MDB-dən Rusiyaya 294 min nəfər köçüb).
"Rosstat"ın məlumatına görə, 50 000-dən bir qədər çox insan başqa ölkələrə gedib. Rusiyadan ən çox insan Tacikistan, Ermənistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistana, eləcə də Çin, Vyetnam və Hindistana gedib.
Qeyd olunur ki, 2021-ci ilin birinci yarısında Rusiyada miqrasiya artımı 114 min nəfərdən çox olub. Eyni zamanda, bu ilin ilk altı ayında miqrasiya 97 min nəfərə yaxın azalma qeydə alınıb.

Oxşar xəbərlər