Rusiya Ukraynanın daha 3 qırıcısını vurdu
6-09-2022, 18:25
7 426

Rusiya Ukraynanın daha 3 qırıcısını vurdu

Rusiya Ukraynanın Nikolayev vilayətində 3 Su-25 qırıcısını vurduqlarını açıqlayıb.
Xarici KİV xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama verib.
Ukrayna ordusunun Nikolayev-Krivorojskiy istiqamətlərində öz mövqelərini qorumaq səylərinin davam etdiyini deyən Konaşenkov Visunsk, Yavkino, Berezeneqovovatoye və Çervonopolye yaşayış məntəqələri yaxınlığında Ukrayna əsgərlərinin və hərbi texniki maşınlarının zərərsizləşdirildiyini bildirib.
Konaşenkov Velikoye Artakovo qəsəbəsi yaxınlığında 3 qırıcı və artilleriya anbarının vurulduğunu qeyd edib.

Oxşar xəbərlər