Bələdiyyə sədrinə silahlı hücum: Millət vəkili başından yaralandı - VİDEO
7-09-2022, 10:18
2 073

Bələdiyyə sədrinə silahlı hücum: Millət vəkili başından yaralandı - VİDEO

Tokatın Erbaa rayonunda Tanoba qəsəbəsinin bələdiyyə sədri Vural Özdemirin ofis maşınına silahlı basqın edilib. Hücumdan prezident Özdemir yüngül xəsarətlə xilas olsada, MHP-dən olan millət vəkili yaralanıb.
Türkiyənin Erbaa mahalının Koçak kəndi yolunda baş verən hadisədə MHP-nin Tanoba Bələdiyyə sədri Vural Özdemirin idarəsindəki ofis maşınına naməlum şəxs və ya şəxslər atəş açıb.
Silahlı hücumda Tanoba Bələdiyyə Başçısı Vural Özdemir qolundan şüşə kəsilməsi nəticəsində yaralanıb. Avtomobildə olan MHP İl Baş Məclisinin üzvü Ünal Ümay odlu silahla açılan hücum nəticəsində baş nahiyəsindən yaralanıb.
Yaralı Ünal Ümay Ərbaa Dövlət Xəstəxanasına aparılıb. Ümayın həyatının təhlükədə olmadığı öyrənilib. Jandarma qrupları hadisəni törədənlərin tutulması üçün işə başlayıb.
 
 



Oxşar xəbərlər