Qaçırılan milyarderin nəvəsinin cəsədi tapıldı - FOTO
7-09-2022, 10:19
2 080

Qaçırılan milyarderin nəvəsinin cəsədi tapıldı - FOTO

Xəbər verdiyimiz kimi, Amerikanın ən böyük topdansatış distribütorlarından biri olan "Orgill Inc"in qurucusu milyarder Cozef Orqillin nəvəsi 34 yaşlı Eliza Fletçer sentyabrın 2-də Tennessi ştatının Memfis şəhərində idman edərkən qaçırılıb.
Şəhər polisinin axtarışları nəticəsində Elizanın cəsədi tərk edilmiş evin bağçasında tapılıb. 
Polislər hadisə yerindən Fletçerin cib telefonu və onu öldürməkdə şübhəli bilinən 38 yaşlı Kleotha Abstonaya aid bir cüt başmaq tapıblar.
Kleotha Abston indi birinci dərəcəli qətlə görə mühakimə olunacaq. Faktla bağlı araşdırmalar aparılır. 
 
  • Qaçırılan milyarderin nəvəsinin cəsədi tapıldı - FOTO

Oxşar xəbərlər