Türkiyənin Gülnar rayonunda meşə yanğını - FOTO
7-09-2022, 13:03
7 967

Türkiyənin Gülnar rayonunda meşə yanğını - FOTO

Türkiyənin Mersin bölgəsinin Gülnar rayonunda meşə yanğını baş verib.
Türkiyə KİV-ləri xəbər verir ki, yanğının söndürülməsi üçün 1 təyyarə, 3 helikopter, yanğınsöndürən texnikalar və çox sayda canlı qüvvə cəlb olunub. 
Füclü külək yanğının əhatə dairəsini genişləndirib. 
Bundan başqa, yanğına müdaxilə etməyə gələn yanğınsöndürən maşın qəzaya uğrayıb. Nəticədə sürücü yaralanıb. 
Hazırda meşə yanğınının söndürülməsi yönündə işlər davam etdirilir. 

Oxşar xəbərlər