Xersonda Rusiya ordusunun hərbi bazası məhv edildi
7-09-2022, 18:45
7 926

Xersonda Rusiya ordusunun hərbi bazası məhv edildi

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiyanın şəxsi heyətinin və hərbi texnikasının olduğu bazanı məhv edib. 
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığından bildirilib.
Qeyd olunub ki, Ukrayna ordusu mövqe döyüşlərini davam etdirir: “Qarşı tərəf maddi-texniki təchizat baxımından itkilər verir. Bu, Rusiya ordusunda ruh düşkünlüyü yaradır”.
Məlumata görə, anbarın vurulması nəticəsində 30 hərbçi və 2 piyada döyüş maşını məhv edilib. 

Oxşar xəbərlər