Dünya
2-11-2020, 22:04
319
Kremldən Rusiyadakı fransızları hədələyən Çeçenistan müftisinə sərt cavab Kremldən Rusiyadakı fransızları hədələyən Çeçenistan müftisinə sərt cavab
Hər kəs Rusiya Federasiyası qanunları daxilində fəaliyyət göstərməlidir və ölkədəki xaricilər üçün təhlükə yaradan hərəkətlər qəbuledilməzdir.
Qaynarinfoxəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Bununla da o, Çeçenistan müftisi Salah-hacı Mejiyevin Rusiyada Emmanuel Makronu dəstəkləyən fransızları təhdid edən ifadələrini şərh edib. "Bax onda... Makron uzaqdadır, o isə yaxındadır, belə ola bilər ki, prezidentinin dediyi sözlər üçün o cavab verməli olacaq", - İslam avtoriteti deyib.
Peskov Rusiya ərazisindəki xarici səfirliklərin təhlükəsizliyini təmin etməyi çox vacib hesab etdiyini vurğulayıb. Kremlin sözçüsü xarici vətəndaşlar üçün təhlükə yarada biləcək hər hansı hərəkətin qəbuledilməz olduğunu vurğulayıb: "Eynən öz vətəndaşlarımızla olduğu kimi – bunu da çox vacib bir əlavə kimi deyirəm".
Xatırladaq ki, Fransa prezidenti Makron bütün müsəlman ölkələrində Məhəmməd peyğəmbərin karikaturalarının nəşrindəki mövqeyinə görə hücuma sərt tənqidə məruz qalıb. Makronu Dağıstandan olan UFC Rusiya çempionu Həbib Nurmaqomedov da təhdid edib.