Erməni milyarder Xankəndidə Arayiklə görüşdü
8-09-2022, 13:57
8 145

Erməni milyarder Xankəndidə Arayiklə görüşdü

Qarabağdakı terrorçu-separatçıların başçısı Arayik Arutyunyan sentyabrın 8-də Rusiyadan gəlmiş milyarder Ruben Vardanyanı qəbul edib.
Ermənistan KİV-ləri xəbər verir ki, məlumatı Qarabağ separatçıları yayıblar.
Məlumata görə, A.Arutyunyan Ruben Vardanyanın Qarabağa köçmək, separatçı rejimin təhlükəsizliyi və inkişafında bilavasitə iştirak etmək qərarını alqışlayıb. O, bunun dünyadakı bütün ermənilər üçün nümunə olacağına ümid etdiyini bildirib.
Görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Oxşar xəbərlər