Dörd ölkə Şengen vizası ilə sərhədlərini ruslar üçün bağlayır
8-09-2022, 19:09
8 674

Dörd ölkə Şengen vizası ilə sərhədlərini ruslar üçün bağlayır

Sentyabrın 19-dan Estoniya, Latviya, Litva və Polşa üçüncü ölkələr tərəfindən verilmiş Şengen vizası olanlar da daxil olmaqla rusların girişini qadağan edəcək.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Xüsusilə, Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reinsalu bu gün ruslar üçün ölkəyə giriş qadağası tətbiq olunduğunu elan edib və onları Şengen vizası ilə Estoniyaya gəlməməyə çağırıb. 
Reinsalu qeyd edib ki, qadağa turist vizası ilə səyahət edən şəxslərə şamil edilir və qohumları ilə görüşmək və digər humanitar səbəblərdən ölkəyə səfər etmək istəyənlərə təsir etmir.
Bildirək ki, sentyabrın 6-da Avropa Komissiyası Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin tamamilə dayandırılması təklifini təsdiqləyib. Yeni qaydalara əsasən, “Şengen” əldə etmə şərtləri altı aya, rüsum isə 35 avrodan 80 avroya qədər artacaq.
Xatırladaq ki, daha əvvəl Ali Rada Aİ-yə Rusiya Federasiyası vətəndaşlarına viza verilməsini qadağan etmək üçün müraciət etmişdi.

Oxşar xəbərlər