Milyonda bir rast gəlinən hadisə: Əkiz uşaqlarının ataları 2 fərqli adam çıxdı
8-09-2022, 15:27
7 960

Milyonda bir rast gəlinən hadisə: Əkiz uşaqlarının ataları 2 fərqli adam çıxdı

Braziliya milyonda bir rast gəlinən hadisə baş verib.
 
 Xarici KİV xəbər verir ki, 19 yaşlı braziliyalı qadın eyni gündə iki fərqli kişi ilə cinsi əlaqədə olduqdan sonra hamilə qalıb və onların əkizləri 9 ay sonra dünyaya gəlib.
Körpələrinin atasının kim olmasında tərəddüd edən qadın DNT testi etdirəndə həyatının şokunu yaşayıb. Test nəticəsində əkiz körpələrin hər birinin atasının fərqli olduğu üzə çıxıb.

Yerli mətbuata açıqlama verən qadının həkimi bu vəziyyətin qeyri-mümkün olmadığını bildirib:

"Eyni anada iki yumurtanın fərqli erkəklər tərəfindən mayalanması mümkündür. Körpələr ananın genetikasını daşıyır, lakin fərqli plasentalarda böyüyür",- deyə o bildirib.


Oxşar xəbərlər