Aktyorun 82 yaşlı anası intihar etdi
8-09-2022, 16:11
7 855

Aktyorun 82 yaşlı anası intihar etdi

Türkiyəli  tanınmış aktyor Ali Sürmelinin 82 yaşlı anası intihar edib. 
Türkiyə KİV xəbər verir ki,  Akçe Sürmeli bu gün səhər saatlarında özünü Derincedəki evinin həyətində ağacdan asaraq həyatına son qoyub. 
Məlumata görə, hadisənin ardından Sürmeliyə qulluq edən qadın polisə və təcili yardıma zəng edib. Lakin onun artıq dünyasını dəyişdiyi müəyyən olunub və cəsədi ekspertiza üçün morqa aparılıb.
Onun ölümü ilə bağlı araşdırma aparılır. 
Qeyd edək ki, Ali Sürmeli "Kurtlar vadisi"ndə "Zaza dayı" obrazı ilə məşhurlaşıb. 

Oxşar xəbərlər