Jan-Klod Van Damm Bakıya gələcək - VİDEO
8-09-2022, 16:15
7 851

Jan-Klod Van Damm Bakıya gələcək - VİDEO

Dünya şöhrətli Hollivud aktyoru Jan-Klod Van Damm Bakıya səfər edə bilər.
Bunu azərbaycanlı döyüşçü Zabit Səmədov Lalə Azərtaşın yutub layihəsinə müsahibəsində açıqlayıb.
O bildirib ki, yaxın dostu aktyoru Bakıya gətirəcəyinə söz verib:
“Jan-Klod Van Dammın filmləri ilə böyümüşəm, onun hərəkətlərinə baxaraq döyüşməyi öyrənmişəm. Ola bilsin ki, mənim son döyüşümdə iştirak etsin”.
Qeyd edək ki, sentyabrın 10-da Milli Gimnastika Arenasında Zabit Səmədovun vida döyüşü baş tutacaq. Onun rinqdəki rəqibi qarışıq döyüş növləri üzrə braziliyalı döyüşçü Antonio Silva olacaq.







Oxşar xəbərlər