"Ukrayna ordusu əks-hücum zamanı 50 km irəliləyib" - Baş Qərargah
9-09-2022, 10:23
1 850

"Ukrayna ordusu əks-hücum zamanı 50 km irəliləyib" - Baş Qərargah

Ukrayna ordusu bir sıra yaşayış məntəqələri yaxınlığında rusların hücumunu dəf edib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Xarkov istiqamətində uğurlu əks-hücum əməliyyatı keçirir. 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verir ki, ukraynalı hərbçilər əks-hücum əməliyyatı nəticəsində 50 kilometr irəliləyiblər.
"Qoşunlarımızın Xerson vilayətinin müəyyən ərazilərində hücumu ilə əlaqədar Rusiya Federasiyası silahlı qüvvələrinin bölmələri yerli mülki əhaliyə qarşı terror aksiyaları taktikasına keçir. Belə ki, mövcud məlumatlara görə, Bolşaya Aleksandrovka qəsəbəsində işğalçılar yerli əhalidən "insan qalxanı" kimi istifadə edirlər. Kəndin giriş-çıxışı bağlanıb", - məlumatda qeyd edilib. 

Oxşar xəbərlər