İki gəmi toqquşdu, biri batdı
9-09-2022, 22:16
25 069

İki gəmi toqquşdu, biri batdı

Hollandiya bayrağı altında üzən gəmi Danimarkanın qərb sahillərində Baham adaları bayraqlı gəmi ilə toqquşub. 
Xarici KİV xəbər verir ki, "Wild Cosmos" adlı gəmi ilə toqquşan  89 metrlik "Helge", Şimal dənizindəki Jutland yarımadasından 37 kilometr aralıda batıb. 
Danimarka Hərbi Dəniz Qüvvələri batan gəmidən dənizə atılan 7 nəfərlik heyəti helikopterlə xilas edib. Qəza nəticəsində xəsarət alan olmayıb.
"Wild Cosmos" gəmisində ciddi dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Oxşar xəbərlər