Türkiyədən Azərbaycana geyim ixracatı 30 faiz ARTIB
9-09-2022, 18:16
7 596

Türkiyədən Azərbaycana geyim ixracatı 30 faiz ARTIB

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 33,4 faiz artıraraq 40,7 milyon dollara çatdırıb.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Avqust ayında Türkiyə Azərbaycana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 54,2 faiz artıraraq 5,2 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 14,2 milyard dollara bərabər olub.
Bu ilin avqust ayında Türkiyə 1,8 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 6,1 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 21,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Oxşar xəbərlər