Zelenski 606 rusiyalı siyasətçiyə qarşı sanksiya tətbiq etdi
9-09-2022, 18:25
7 672

Zelenski 606 rusiyalı siyasətçiyə qarşı sanksiya tətbiq etdi

Yeni sanksiya siyahısına Rusiya Təhlükəsizlik Şurasının 28 üzvü, Federasiya Şurasının 154 üzvü və Dövlət Dumasının 424 deputatı daxildir.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hakimiyyətinin 606 nümayəndəsinə sanksiya tətbiq edən fərman imzalayıb.
Müvafiq sənəd cümə günü Ukrayna liderinin ofisinin saytında dərc olunub. Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının çərşənbə günü qəbul etdiyi qərarı təsdiqləyib. Prezidentin sözlərinə görə, yeni sanksiya siyahısına Rusiya Təhlükəsizlik Şurasının 28 üzvü, Federasiya Şurasının 154 üzvü və Dövlət Dumasının 424 deputatı daxildir.
Yeni siyahıya daxil edilmiş Rusiya rəhbərliyinin bir çox nümayəndəsinə qarşı Kiyev bundan əvvəl, o cümlədən əvvəlki prezident Pyotr Poroşenkonun hakimiyyəti dövründə (2014-2019) məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Zelenski öz fərmanı ilə əvvəlki qara siyahılara dəyişiklik edərək, yeni siyahıya daxil olan rusları onlardan silib. Sanksiyaların hansı səbəbdən yenidən tətbiq edildiyini Ukrayna hakimiyyəti izah etmir. 

Oxşar xəbərlər