Türkiyədə iki metrobus toqquşdu: 99 yaralı -YENİLƏNİB-3 (VİDEO)
10-09-2022, 10:13
17 955

Türkiyədə iki metrobus toqquşdu: 99 yaralı -YENİLƏNİB-3 (VİDEO)

İstanbulda metrobus qəzası 99 nəfərin yaralanmasına səbəb olub.
Bu barədə NTV məlumat yayıb. Şəhərin Avcılar məhəlləsindəki dayananacaqda 2 metrobus qarşı-qarşıya toqquşub.
Çox sayda insanın xəsarət alması ilə yanaşı xətdə hərəkət də dayandırılıb. Hadisə yerində təcili yardım briqadaları və xilasedicilər işləyir. Qəza digər nəqliyyat vasitələrinin də işinə ciddi təsir edib.
00:01
Türkiyənin  Ovçular Şükrübəy Metrobüs dayanacağı yaxınlığında iki metrobunun üz-üzə toqquşması nəticəsində yaralananaların sayı çdurmadan artır.
İstanbul valisi Əli Yerlikaya yaralıların sayını 42, səhiyyə naziri Fahrettin Koca isə sayının 50-yə yüksəldiyini açıqlayıb. Son vəziyyəti paylaşan İETT, yaralı sayının 85-ə yüksəldiyini açıqlayıb.
İETT-dən verilən açıqlamada, "Hələlik həyati təhlükəsi olan sərnişinimiz yoxdur. Metrobüs xəttinin açılması ilə bağlı işlərimiz də tamamlanmaq üzrədir. Qəzanın səbəbi texniki qruplar tərəfindən araşdırılır." deyə bildirib. 
23:01
Türkiyənin  Ovçular Şükrübəy Metrobüs dayanacağı yaxınlığında 2 metrobunun baş-başa toqquşması nəticəsində 42 nəfər yaralanıb.
Qəzanınhansı səbəbdən baş verməsi məlum deyil. 
19:58
Türkiyədə iki metrobus toqquşub. 
Türkiyənin  Ovçular Şükrübəy stansiyasında metrobüslər toqquşub. 
Çox sayda yaralı olduğu bildirilir. 

Oxşar xəbərlər