Sarkisyanın “Facebook“da saxta səhifəsi var
10-09-2022, 10:24
18 066

Sarkisyanın “Facebook“da saxta səhifəsi var

Serj Sarkisyan “Facebook”a fake profillə daxil olur.
Bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşri yazıb ki, eks-prezidentin "Facebook"da adına açılmış səhifə yoxdur:
“Amma dedilər ki, Sarkisyanın saxta istifadəçi hesabı var. Bu profillə o, kim onun haqqında nə yazıb, tənqid edib, tərifləyib, onun haqqındakı posta gülüş qoyub, nəyi bəyənib, ürək atıb və s. şeylərin hamısını görür. Xüsusilə, tənqidi qeydlərə və onunla necə rəftar edildiyinə diqqət yetirir. Nəzərdən nəyi qaçırırsa, “Respublikaçılar” komandası və işçiləri onu göndərirlər. Cənab Sarkisyan komanda yoldaşlarının qeydlərinə də çox diqqətlə yanaşır”.

Oxşar xəbərlər