Britanya kraliçasının vəfatı ilə əlaqədar keçiriləcək tədbirlər açıqlanıb
10-09-2022, 11:28
17 854

Britanya kraliçasının vəfatı ilə əlaqədar keçiriləcək tədbirlər açıqlanıb

Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar sentyabrın 10-da görüləcək işlər açıqlanıb.

Bu barədə BBC açıqlama yayıb.

Bildirilib ki, London vaxtı ilə saat 10-da (Bakı vaxtı ilə saat 13-də) şahzadə III Çarlz rəsmi olaraq kral elan olunacaq. Londonda Sent-Ceyms sarayında keçiriləcək təntənəli mərasimdə Uels şahzadəsi vəliəhd Uilyam da iştirak edəcək.

Şuranın iclasından sonra saat 11:00-da sarayın eyvanından Çarlzı dövlət başçısı bəyan edən Əsas Bəyannamə oxunacaq. Eyni bəyannamə London şəhərindəki Kral Birjasında saat 12:00-da, bir gün sonra, sentyabrın 11-də günorta saatlarında Şotlandiya, Şimali İrlandiya və Uelsdə də oxunacaq.

III Çarlz rəsmi olaraq kral elan edildikdən sonra sentyabrın 15-də axşam bütün ölkə ərazisində yarıya endirilən Britaniya bayraqları yeni kralın şərəfinə yenidən qaldırılacaq. Bu, 26 saat davam edəcək. Sonradan yenidən yarıyadək endiriləcək. Şotlandiya, Uels və Şimali İrlandiyada elan ediləndən bir saat sonra bayraq bir saatlığına qaldırılsa da, sentyabrın 18-dək davam edəcək dövlət matəmi ilə əlaqədar yenidən aşağı salınacaq.

Bu gün saat 14:00-da Böyük Britaniya parlamentinin növbədənkənar fövqəladə iclası olacaq. Parlament üzvləri karliça ilə bağlı xatirələrini bölüşəcək, onun xatirəsini yad edəcəklər.

Oxşar xəbərlər