Rusiyanın daha 350 hərbçisi məhv edildi
10-09-2022, 12:57
17 952

Rusiyanın daha 350 hərbçisi məhv edildi

Ukrayna ordusu Rusiyanın daha 350 hərbçisini məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 52 250-yə çatıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 136 tank, 4 584 zirehli döyüş maşını, 1 259 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 162 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 212 helikopter, 898 PUA, 215 qanadlı raket, 15 gəmi, 3 426 avtomobil texnikası və avtosistern, 116 xüsusi texnikadan ibarətdir.

Oxşar xəbərlər