Dünyada koronavirusdan ölüm halları azalıb
12-09-2022, 10:09
2 290

Dünyada koronavirusdan ölüm halları azalıb

Ötən həftə dünyada yeni növ koronavirusa 3,8 milyon nəfər yoluxub ki, bu da iyun ayının ortalarındakı rəqəmlərlə eynidir.
Bu hesablamanı TASS agentliyi aparıb.
Koronavirusa yoluxma 7 həftədir ardıcıl olaraq azalır. Ötən həftə Covid-19-dan 12 400 nəfər vəfat edib. Bu səviyyə yayın əvvəllərində qeydə alınmışdı.
Ötən həftə ən ciddi yoluxma Yaponiya və Cənubi Koreyada olub.

Oxşar xəbərlər