KİV: Xamenei xərçəng xəstəsidir, ölüm ayağındadır - Foto
12-09-2022, 13:11
8 168

KİV: Xamenei xərçəng xəstəsidir, ölüm ayağındadır - Foto

“İranın Ali Rəhbəri Seyid Əli Xamenei xərçəng xəstəliyindən əziyyət çəkir”.
Bu barədə İngiltərənin “Express” nəşri məlumat yayıb.
Nəşrin yaydığı məlumatda iddia edilir ki, xəstəlik Xamaneidə kifayət qədər kəskinləşib və o, artıq ölüm ayağındadır:
“İrandan xəbərlər gəlir ki, Xamenei xərçəng xəstəliyindən ölür, hakimiyyət boşluğu yaranır. Əvvəlcə dünən gecə onun ölümü ilə bağlı xəbərlər yayıldı, lakin sonradan onun ağır xəstə olduğu və xərçəngin son mərhələlərindən əziyyət çəkdiyi təsdiqləndi. Son bir neçə ay ərzində Ayətullah olmayan və buna görə də ali lider vəzifəsini atasından texniki cəhətdən miras ala bilməyən oğlu Müctəba Xamenei atasının səhhətinin pisləşməsi ilə bu titula yüksəldi”.
Yaxın Şərq üzrə ekspert Henri Cekson Cəmiyyətindən Ketrin Perez-Şakdam iddia edir ki, sonrakı daxili çəkişmələr bütün rejimin “parçalanmasına” səbəb ola bilər.
Bu gün isə İranın “ISNA” agentliyi, Xameneinin sentyabrın 11-i bir qrup idmançı ilə görüş keçirməsi barədə məlumat yayıb. Lakin görüşdən hər hansı kadr paylaşılmayıb.

Oxşar xəbərlər