Çin prezidenti bu ölkələrə səfər edəcək
12-09-2022, 13:35
8 075

Çin prezidenti bu ölkələrə səfər edəcək

Çin lideri Si Cinpin sentyabrın 14-16-da Qazaxıstan və Özbəkistana səfər edəcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu,  Si Cinpinin COVID-19 pandemiyasından sonra ilk rəsmi xarici səfəri olacaq.
O, ŞƏT-in Səmərqənd sammitində iştirak edəcək, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşəcək.

Oxşar xəbərlər