Ukraynanın əks-hücumu nə ilə nəticələnəcək? - AÇIQLAMA
12-09-2022, 13:56
7 993

Ukraynanın əks-hücumu nə ilə nəticələnəcək? - AÇIQLAMA

"Hazırda Ukraynada vəziyyət kifayət qədər gərgindir. Rusiya qoşunlarının intensiv geriçəkilməsi müşahidə olunur. Ukrayna qoşunları əsasən Xarkov istiqamətində irəliləyərək Rusiya ilə sərhədin 50 kilomterliyinə çatıblar".
Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Rusiya qoşunları həm mənəvi-psixoloji, həm də döyüş hazırlığı baxımından təşəbbüsü əldən veriblər:
"Görünən odur ki, Rusiya tərəfi döyüşdə məruz qaldığı itkiləri konpensasiya etmək üçün bir çox Ukrayna şəhərlərinə və həmin yerlərin elektrik təchizatına raket zərbələri endirir. Hesab edirəm ki, Ukrayna ordusu uzaqmənzilli hava hücumundan müdafiə və hava hücumu vasitələrini əldə edərsə, o zaman əks-hücum əməliyyatlarının miqyası daha da genişlənər. Ukrayna Qərbdən vəd olunan silah sistemlərini əldə edərsə, bu həftənin sonuna kimi Xarkov istiqamətində daha ciddi nailiyyətlər qazana bilər. Ukraynanın bu müharibədə qələbə əldə etməsi NATO-nun, Qərbin və qonşu dövlətlərin maraqlarına uyğun gəldiyi üçün yaxın günlərdə hücum templərini qoruya biləcəyi halda onlara silah-sursat təchizatında da daha ciddi dəstək veriləcəyi gözləniləndir".

Oxşar xəbərlər