Ruslar Donetskdə 3 mülki şəxsi öldürdü
12-09-2022, 14:15
7 974

Ruslar Donetskdə 3 mülki şəxsi öldürdü

“Ukraynanın Donetsk vilayətində yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində bir gündə 3 mülki şəxs ölüb, 8 nəfəri yaralanıb. 
“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi dövlət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
“Sentyabrın 11-də Donbasda - Velyka Novoselka, Romanovka və Baxmutda ümumilikdə 3 dinc sakin ölüb, daha 8 nəfər yaralanıb”, - o məlumat verib.
Ümumilikdə, Donetsk vilayətində genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri 834 nəfər ölüb, 2079 mülki şəxs yaralanıb. Buraya Mariupol və Volnovaxada itkilər daxil deyil.

Oxşar xəbərlər