Ermənistanda etirazçılar yolu bağladı
12-09-2022, 18:43
6 990

Ermənistanda etirazçılar yolu bağladı

Ermənistanın Tumanyan icmasının sakinləri yolu bağlayıb.
Erməni KİV-ləri xəbər verir ki, etirazçılar kəndlərə gedən bərbad vəziyyətdə olan yolların təmirini tələb ediblər.
Daha sonra onlar əraziyə qubernatorun gəlməsini tələb edib. Qubernator bildirib ki, tikinti şirkətinin işləri niyə gecikdirdiyini bilmir: "Hökumət tikinti şirkəti ilə müqaviləni ləğv edib və bu həftə yolun təmiri prosesini təmin edəcək yeni tender elan olunacaq".

Oxşar xəbərlər