Kraliçanın cənazəsi sabah Londona gətiriləcək
13-09-2022, 21:04
7 493

Kraliçanın cənazəsi sabah Londona gətiriləcək

Böyük Britaniya kraliçası II Elizabetin cənazəsi Şotlandiyanın Edinburq şəhərindən sentyabrın 13-də yerli vaxtla saat 17-də paytaxt Londona gətiriləcək.
Məlumatı BBC yayıb.

Kraliçanın cənazəsi sentyabrın 14-dən sentyabrın 19-u saat 06.30-dək - 4 gün Vestminister sarayına qalacaq. Mərhum sentyabrın 19-da dəfn ediləcək.

Kraliçanın cənzaəsi ilə ilk olaraq Şotlandiya sakinləri vidalaşıb.

Oxşar xəbərlər