Qırğızıstan-Tacikistan sərhədində atışma: Ölən var (YENİLƏNİB)
14-09-2022, 10:40
1 605

Qırğızıstan-Tacikistan sərhədində atışma: Ölən var (YENİLƏNİB)

Tacikistan-Qırğızıstan sərhədində atışma olub.
Hadisə zamanı 1 tacikistanlı sərhədçi ölüb, 2-si yaralanıb.
***09:22
Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib.
TASS xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti məlumat yayıb.
"2022-ci il sentyabrın 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı insident baş verib", - məlumatda deyilir.
Hadisə Qırğızıstanın Batken vilayətinin Bulak-Başı kəndində qeydə alınıb. 

Oxşar xəbərlər