Rusiyanın 11 şəhərinə uçuş məhdudiyyətinin müddəti uzadıldı
14-09-2022, 19:44
10 302

Rusiyanın 11 şəhərinə uçuş məhdudiyyətinin müddəti uzadıldı

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini sentyabrın 22-dək uzadıb.
TASS xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.
Bildirək ki, Rusiya uçuşların məhdudlaşdırılması rejimini fevralın 24-dən etibarən tətbiq edir. 

Oxşar xəbərlər