Dünya
14-09-2022, 16:02
7 654
BƏƏ 6 il sonra İrana səfir təyin etdi
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2016-cı ildə səfirinin geri çəkilməsi ilə diplomatik əlaqələrini kəsdiyi İrana yenidən səfir təyin edib.
İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, BƏƏ səfiri Seyf Məhəmməd Ubeyd əz-Zəabi paytaxt Tehranda xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.
BƏƏ-nin Tehrandakı səfiri olarkən 2016-cı ildə ölkəsinə geri çağırılan Zəabi təxminən 6 illik fasilədən sonra əvvəlki vəzifəsinin icrasına başlayıb.