"Tərəfləri təmkinli olmağa çağırırıq" - Rusiya XİN sözçüsü
15-09-2022, 15:33
7 220

"Tərəfləri təmkinli olmağa çağırırıq" - Rusiya XİN sözçüsü

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatlar regiondakı nizamlanmanın əsasını təşkil edir.
TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı Rusiya tərəfinin mövqeyi Rusiya XİN-in bəyanatında öz əksini tapıb. Daha ətraflı mövqe isə Rusiya XİN-in dördüncü MDB departamentinin rəisi Denis Qonçarın müsahibəsində öz əksini tapıb. Təəssüflər olsun ki, atəşkəs haqqında birinci razılaşmadan sonra atışmalar olub. Dünən yeni razılıq əldə olundu. Ümid edirik ki, bu razılığa riayət olunacaq. Bir daha tərəfləri təmkinli olmağa və bütün problemləri siyasi-diplomatik yolla həll etməyə çağırırıq”, - o,  açıqlamasında qeyd edib.  

Oxşar xəbərlər