Meksikada dəhşətli qəza, 7 ölü, 10 yaralı
15-09-2022, 18:19
7 101

Meksikada dəhşətli qəza, 7 ölü, 10 yaralı

Meksikanın Miçoakan ştatında magistral yolda baş verən yol qəzasında azı 7 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Regional polisin verdiyi məlumata görə, Siqlo XXI avtomobil yolunda, yolun Taretan-Santa Casilda hissəsinin 108-ci kilometrliyində bir neçə şəxsi və kommersiya avtomobilinin toqquşmasından sonra koordinasiyalı əməliyyat aparılıb.
"İlkin məlumata görə, 7 nəfər ölüb, 10 nəfər yaralanıb”, - deyə polis Twitter-də yazıb.
Yerli KİV-in məlumatına görə, qəzanın günahkarı həddindən artıq sürətlə qarşıdan gələn zolağa çıxan və digər avtomobillərlə toqquşub zərər çəkən üç yük maşınından biridir.

Oxşar xəbərlər