Ukraynada 440 adsız məzar tapıldı
16-09-2022, 20:30
9 612

Ukraynada 440 adsız məzar tapıldı

Ukraynanın Xarkov vilayətinin İzium şəhərində 440 nişansız məzar tapılıb. 
Bu barədə Ukrayna Müdafiə Nazirliyi tviter üzərindən məlumat yayıb. Nazirlik bildirib ki, ötən həftəsonu bölgə Rusiya qoşunlarından azad edildikdən sonra 440 adsız məzar aşkarlanıb. 
Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzi bu barədə bildirib ki, ruslar qaçdıqdan sonra tapılan nişansız məzarlar təzədir və orada basdırılan cəsədlər əsasən mülki şəxslərdir. 
Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ölümlərin səbəbi və dəfnlərin ətrafındakı şərait aydın deyil.
 “Lazımi prosessual hərəkətlər artıq başladılıb.”,- o qeyd edib.

Oxşar xəbərlər