Rusiyaya işləyən ukraynalı deputat axtarışa verildi
16-09-2022, 12:32
2 406

Rusiyaya işləyən ukraynalı deputat axtarışa verildi

Ukrayanada daha bir deputat vətənə xəyanətdə ittiham olunub.
Xarici KİV xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosu məlumat yayıb. Bildirilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları III-IX çağırışların Ukraynanın xalq deputatı Andriy Derkaça dövlətə xəyanət və qanunsuz varlanma şübhəsi ilə bağlı cinayət işi açıb. 
Bundan əlavə deputat beynəlxalq axtarışa verilib.
Andriy Derkaç 2019-2022-ci illər ərzində Ukraynaya qarşı təxribat fəaliyyətinə görə Rusiya Federasiyasının hüquq-mühafizə və kəşfiyyat orqanlarından azı 567 min dollar alıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. 

Oxşar xəbərlər