Erməni deputat Paşinyandan danışdı: “Getməlidir!”
16-09-2022, 13:34
8 002

Erməni deputat Paşinyandan danışdı: “Getməlidir!”

“Nikol Paşinyan nə qədər danışıqlar aparırsa, o danışıqlar Ermənistan və “Artsax”a yeni itkilər gətirir”. 
“Hraparak” xəbər verir ki, bu sözləri müxalif “Patev unem” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
“Problem onun bu və ya digər görüşə niyə getməməsində deyil. Ümumiyyətlə, indiki hakimiyyətin davranışlarına, siyasətinə ümumi aspektdən baxılmalıdır, çünki o vaxtdan bəri apardıqları siyasətlərə baxmalıyıq. Problem indiki hakimiyyətin hərəkətləri kontekstində olmamalıdır, amma aydın dərk olunmalıdır ki, Ermənistan hakimiyyəti heç bir problemi erməni tərəfinin marağına uyğun həll edə bilməz və onlar sadəcə olaraq getməlidirlər. Yəni daxili siyasi gündəm də bunun ətrafında olmalıdır”.

Oxşar xəbərlər