Pakistanın Baş nazirinin qulaqcıqla sınağı - VİDEO
16-09-2022, 14:21
7 749

Pakistanın Baş nazirinin qulaqcıqla sınağı - VİDEO

Pakistanın Baş naziri Şahbaz Şərif Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti öncəsi Rusiya prezidenti Vladimir Putinlə görüşərkən tərcümə qulaqcığını taxa bilməməkdə çətinlik çəkib.
Xarici KİV xəbər verir ki, iki lider əl sıxdıqdan sonra yerlərini tutublar. Putin tərcüməçi qulaqcığını taxıb və Şerifə də işarə edərək taxmasını istəyib. 
Belə  ki,  Şərif qulaqcıqları götürsə də taxmaqda çətinlik çəkib. O,  qulacağı taxa bilmədiyi üçün zaldakı insanlara səslənib. 
"Kimsə mənə kömək edə bilərmi?" ,- deyə səslənən Baş nazirə kömək göstərilib. 
Şahbaza taxılan qulaqcıq bir neçə saniyədən sonra yerə düşüb. Putin gülümsəyərkən Şərifin qulaqcıqları taxılıb və söhbət başlayıb. Şərifin çətin anları sosial mediada da gündəm olub.



Oxşar xəbərlər