Putindən Aİ ölkələrinə ÇAĞIRIŞ
16-09-2022, 16:42
7 410

Putindən Aİ ölkələrinə ÇAĞIRIŞ

Rusiya prezidenti Vladimir Putin ŞƏT-in Səmərqənd Zirvə toplantısındakı çıxış edib. 
O, çıxışında Avropa İttifaqı (Aİ) Komissiyasının Rusiya gübrələrinin inkişaf etməkdə olan ölkələrə daşınması ilə bağlı məhdudiyyətlərini aradan qaldırmağa çağırıb.
"Avropa limanlarında saxlanılan 300 min ton Rusiya gübrəsini inkişaf etməkdə olan ölkələrə pulsuz tədarük etməyə hazırıq".  
ŞƏT sessiyasında iştirak edən Birləşmiş Millətlər Təşkilatının baş katibinin siyasi məsələlər üzrə köməkçisi Rosemary DiCarlonu prosesə töhfə verməyə çağıran Putin, "Biz BMT Baş Katibliyindən bu məhdudiyyətlərin aradan qaldırılması üçün Aİ Komissiyasına təsir göstərməsini xahiş edirik", - deyib. 

Oxşar xəbərlər