Çin XİN: "Cənubi Qafqazdakı gərginliyin dialoq yolu ilə həllinin tərəfdarıyıq"
16-09-2022, 16:52
7 478

Çin XİN: "Cənubi Qafqazdakı gərginliyin dialoq yolu ilə həllinin tərəfdarıyıq"

Çin Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında son günlər yaşanan gərginliyə münasibət bildirib.

Xarici KİV xəbər verir ki, bu barədə qurumun nümayəndəsi Mao Ninq danışıb.

O, rəsmi Pekinin Cənubi Qafqazdakı sabitlikdə maraqlı olduğunu söyləyib: "Azərbaycan və Ermənistan Çinin dostluq, əməkdaşlıq tərəfdaşlarıdır. Ümid edirik ki, hər iki tərəf razılaşdırılmış atəşkəsə hörmətlə yanaşacaq, vəziyyətin daha da gərginləşməsinə yol verməyəcək. Biz gərginlik və fikir ayrılıqlarının siyasi dialoq yolu ilə həll edilməsinin, regionda sülhün təmin olunmasının tərəfdarıyıq”.

Oxşar xəbərlər