Qırğızıstan-Tacikistan sərhədində gərginlik: 24 ölü, 104 yaralı (YENİLƏNİB)
17-09-2022, 10:08
1 581

Qırğızıstan-Tacikistan sərhədində gərginlik: 24 ölü, 104 yaralı (YENİLƏNİB)

Tacikistanla sərhəddə toqquşmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb.
Bu Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralılardan onlardan 5-i ambulator müalicəyə göndərilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərin əsasən bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var.
Bundan əvvəl 24 nəfərin öldüyü, 87 nəfərin isə yaralandığı barədə məlumat verilmişdi.
***
00:32
Qırğızıstan və Tacikistan sərhədində baş verən toqquşmalarda 24 nəfər həlak olub.
Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat verib.
23:16
Tacikistanla sərhəddə baş verən münaqişə nəticəsində 87 Qırğızıstan sakini xəsarət alıb.
Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Beş nəfər ambulator müalicəyə göndərilib, ölənlərin sayı barədə hələlik məlumat verilmir. Nazirliyin məlumatına görə, qurbanların əksəriyyəti "bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları" var.
Bundan əvvəl Qırğızıstan silahlı qüvvələri son atəşkəs razılaşmasına baxmayaraq, sərhəddəki tacik yaşayış məntəqələrini atəşə tutmağa başlayıb . Bu barədə Tacikistan sərhəd qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.
Bundan əvvəl Qırğızıstanın sərhəd xidməti bəyan etmişdi ki, Tacikistan sərhəddə əvvəllər əldə edilmiş atəşkəsə dair razılaşmanı pozub.
Qeyd edək ki, Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarov tacikistanlı həmkarı Emoməli Rəhmonla görüşüb. Görüş zamanı atəşkəs və qoşunların təmas xəttindən çıxarılması barədə razılığa gəlmişdilər.
19:46
Qırğızıstan hərbçiləri son atəşkəs razılaşmasına baxmayaraq, sərhəddəki tacik yaşayış məntəqələrini yenidən atəşə tutublar.
Bu barədə Tacikistan sərhəd qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.
“Hüquq-mühafizə orqanlarının birinci rəhbərlərinin görüşünə və atəşkəs elan edilməsinə baxmayaraq, bir saat yarımdan sonra Qırğızıstan Respublikası Ovçi-Kalaça, Bobojon istiqamətində Qafurov rayonu, Vorux və Çorkuh kəndləri, İsfara şəhərini qrup silahlarından və hərbi texnikadan atəşi bərpa edib. -”, - məlumatda deyilir.
Mətbuat mərkəzi həmçinin bəyan edib ki, Qırğızıstan tərəfi Tacikistanda mülki obyektlərə hücum edərkən hərbi helikopterlərdən və PUA-lardan istifadə edir. 
14:16
Tacikistan-Qırğızıstan sərhədində gedən döyüşlər zamanı 42 Qırğızıstan vətəndaşı yaralanıb. 
Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin məlumat yayıb. 
***12:02
Tacikistan-Qırğızıstan sərhədinin bütün perimetrində vəziyyət gərgin olaraq qalır.
Qırğızıstan qarşı tərəfin tanklardan, BMP-lərdən və minaatanlardan istifadə etdiyini və 11 hərbçisinin yaralandığını bəyan edib.
Tacikistan isə Qırğızıstan hərbçilərinin ağır silahlardan istifadə edərək yeddi kəndi və bir postu atəşə məruz qoyduğunu bildirib. Tacikistanın İsfara şəhərinin rəsmiləri 1 mülki şəxsin həlak olduğunu, daha üç nəfərin isə yaralandığını bildiriblər.
***10:45
Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi Tacikistanla sərhəddə gərgin döyüşlərin getdiyini açıqlayıb. 
Bu barədə  "RİA Novosti" məlumat yayıb.
“Atəşin dayandırılması səylərinə baxmayaraq, təəssüf ki, Tacikistan tərəfi münaqişə bölgəsinə ağır hərbi texnika gətirməkdə davam edir və bütün mövcud arsenaldan istifadə edərək, bizim ərazimizi ələ keçirməyə cəhd edir”, - deyə QKNB bildirib. 
Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd xidməti bəyan edib ki, onlar “Tacikistanın hərbi təcavüzünü” dəf etməkdə davam edirlər.
Qırğızıstan və Tacikistan sərhədində silahlı qarşıdurma sentyabrın 16-da səhər saatlarında başlayıb. Qırğızıstanın sərhəd idarəsi bildirib ki, Tacikistan tərəfi sərhədin bütün perimetri boyu qırğızların mövqelərinə hücum edib. Öz növbəsində Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi bəyan edib ki, Qırğızıstan sərhəd dəstəsinin hərbçiləri müqavilənin şərtlərini pozaraq Tacikistanın “Düşənbə” sərhəd zastavasını ağır silahdan atəşə tutublar.
Bundan əvvəl Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə silahlı toqquşmalar nəticəsində 18 Qırğızıstan vətəndaşının yaralandığını bildirmişdi.
***10:10
Qırğızıstan və Tacikistan nümayəndələri danışıqlar aparıb və sərhəddə atəşkəs barədə razılığa gəliblər.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidməti (PS) məlumat yayıb.
Tərəflər saat 10:00-dan atəşkəs barədə razılığa gəliblər.
Səhər 06:25 radələrində iki ölkə sərhədində atışma olub. Tərəflər ardıcıl olaraq bir-birini münaqişəni gərginləşdirməkdə ittiham edir.
Qırğızıstan Tacikistanı sərhəddə “xain hücumda” günahlandırıb, Tacikistan isə atəşə başlayanın Qırğızıstan tərəfi olduğunu bildirib.
Atışmalardan sonra Tacikistanla sərhəddə yerləşən qırğız kəndlərinin boşaldılmasına başlanılıb.

Oxşar xəbərlər