Çürümüş bananın qiyməti hamını şoka saldı - Foto
19-09-2022, 18:49
7 518

Çürümüş bananın qiyməti hamını şoka saldı - Foto

İqtisadi böhranın gündən-günə artığı qardaş Türkiyədə iynədən sapa qədər hər sahədə görülən qiymət artımları diqqət çəkməyə davam edir.
Türkiyə mətbuatı xəbər verir ki, bu gün sosial şəbəkədə paylaşılan foto gündəmi alt-üst edib. Vətəndaşlardan birinin marketdən çəkdiyi “endirim”in görüntüləri hamının marağına səbəb olub.
Belə ki, sarı endirim etiketi ilə satışa çıxarılan bananın kilosunun 24,50 lirədən 17,90 lirəyə düşdüyü görünüb.
Çürük, qaralmış və kiflənmiş bananın endirimli variantda belə 17.90-a satılması sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub.


Oxşar xəbərlər