Azərbaycan və Ermənistanın XİN rəhbərləri ayın sonuna qədər yenidən görüşəcək
20-09-2022, 10:25
1 616

Azərbaycan və Ermənistanın XİN rəhbərləri ayın sonuna qədər yenidən görüşəcək

Dövlət katibi Entoni Blinken Nyu-Yorkda danışıqlar aparan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini sentyabrın sonunadək yenidən görüşməyə dəvət edib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuata açıqlamasında deyilir.
“Dövlət katibi Blinken insan itkisi ilə bağlı başsağlığı verib və gələcək döyüşlərin qarşısının alınmasının vacibliyini vurğulayıb. Onlar növbəti addımları müzakirə ediblər və dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb.
Dövlət Departamenti Bayramov və Mirzoyanın görüşünü keçən həftə hər iki tərəfdən əhəmiyyətli itkilərlə nəticələnən döyüşlərə səbəb olan Ermənistan-Azərbaycan arasında son eskalasiya başlayandan bəri ilk birbaşa danışıqlar adlandırıb.

Oxşar xəbərlər