Yaponiyada yaralı sayı artdı: Qasırğanın qorxunc görüntüləri - VİDEO
20-09-2022, 13:36
7 998

Yaponiyada yaralı sayı artdı: Qasırğanın qorxunc görüntüləri - VİDEO

Yaponiyada güclü “Nanmadol” qasırğası nəticəsində azı 151 nəfər yaralanıb.
Bundan əvvəl 110 nəfərin yaralandığı, iki nəfərin öldüyü bildirilib. Həyatını itirənlərdən bir kişi evinin sürüşməsi nəticəsində həlak olub. Daha bir adamın meyiti su basmış avtomobildən çıxarılıb.
Xirosima prefekturasında bir nəfər itkin düşmüş hesab olunur. 350 mindən çox ev işıqsız qalıb.
Çərşənbə axşamı “Japan Airlines” 43, “All Nippon Airways” isə 30 reysi, digər aviaşirkətlər də bəzi reysləri ləğv ediblər.
Meteoroloqlar insanları sürüşmə, daşqınlar, güclü külək və yüksək dalğalara qarşı diqqətli olmağa çağırırlar.

Mənbə: İnterfaks

Oxşar xəbərlər