4 ölkə qapılarını rusların üzünə bağladı
20-09-2022, 14:13
7 836

4 ölkə qapılarını rusların üzünə bağladı

4 ölkə qapılarını Rusiya vətəndaşlarının üzünə bağlayıb. 
Polşa və Baltikyanı ölkələr Litva, Latviya və Estoniya Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən bu gündən etibarən sərhədlərini Rusiya vətəndaşları üçün bağlayıb.
“Rusiyalı dissidentlər, diplomatlar, nəqliyyat biznesi ilə məşğul olan şəxslər, Aİ vətəndaşlarının ailə üzvləri və Aİ ölkələrində yaşamaq icazəsi olanlar məhdudiyyətdən azad olunacaqlar”, - deyə məlumatda bildirilib.
Polşa Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə Rusiya Federasiyası vətəndaşlarının əksəriyyətinin Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı hərəkətlərini dəstəklədiyi bildirilib və Başltikyanə ölkələr tərəfindən alınan qərarın son dərəcə haqlı olduğu vurğulanıb.
Latviya Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilib ki,“Ukraynada hücumlar dəvam edərkən, bu təcavüzkar dövlətin vətəndaşlarının ölkələrimizə turist səfərləri təkcə mənəvi deyil, həm də siyasi təxribatdır”.
Xatırladaq ki, 7 aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa ölkələrinin Rusiyaya qarşı yeni sanksiyalar paketini uzatması ilə yanaşı, bu ölkənin vətəndaşlarının xaricə səfər etməsi də məhdudlaşdırılıb.

Oxşar xəbərlər